TÜRKSOY-un rəsmi saytı xəbər verir ki, Nobel mükafatçısı, Türk alimi, Professor Dr. Aziz Sancara TÜRKSOY Daimi Şurasının Azərbaycanın Şuşa şəhərində keçirilmiş 40-cı iclasında qəbul etdiyi qərara əsasən “Türk Dünyası Mədəniyyət Elçisi” nişanı təqdim edilib.
Mərasim ABŞ-ın Şimali Karolina ştatında yerləşən “Aziz&Gwen Sancar” Fondundakı Mədəniyyət Mərkəzində keçirilib. Fondun İdarə Heyətinin sədri İsmayıl Arslanın moderatorluğu ilə keçən tədbir TÜRKSOY-un tanıtım filmi ilə açılıb. Mərasimdə Türkiyənin ABŞ səfirliyinin müşaviri Melih Seyfəttin Güngör, Sancar ailəsinin dostları, müxtəlif yaş qruplarından uşaqlar və universitet tələbələrinin daxil olduğu təxminən 150 dəvətli iştirak edib.
TÜRKSOY-un baş katibi Sultan Rayev xüsusi hazırlanmış “Türk Dünyası Mədəniyyət Elçisi nişanı”nın TÜRKSOY Daimi Şurasının üzvü olan nazirlərin yekdilliklə qəbul etdiyi qərarla verildiyini bildirib. O, çıxışında Prof. Dr. Aziz Sancarın Türk Dünyasının qüruru və ilham mənbəyi olduğunu vurğulayarq deyib ki, dünya şöhrətli alimin Türk mədəniyyətinin dəyərlərini əks etdirən təvazökarlığı və çalışqanlığı onu bəşəriyyət üçün nümunəvi bir sima edib. Sancarın kökünə bağlılığı və dünyanın ən prestijli platformalarında qazandığı uğurlar hər kəs üçün böyük motivasiya mənbəyidir.
Aziz Sancar ona təqdim olunan “Türk Dünyası Mədəniyyət Elçisi” nişanını həyatının ən önəmli mükafatı kimi xarakterizə edərək deyib: “Bu nişan mənim üçün bütün mükafatlardan daha qiymətlidir. Bu mənim xəyallarımdan biri idi. TÜRKSOY çox dəyərli bir qurumdur və bizi dünyada layiqincə təmsil edəcəyinə inanıram”.
Sonda Sancara Türk Dünyasının zəngin mədəniyyətini əks etdirən hədiyyələr təqdim olunub. Bu sırada Qazaxıstandan çapan, Qırğızıstandan qalpaq, Azərbaycandan Qarabağ zəfərini simvolizə edən xarıbülbül nişanı və daha bir neçə simvolik əşyalar yer alıb.
XQ
Aziz Sancar “Türk dünyası mədəniyyət elçisi” oldu
- Mədəniyyət
- 10:26 23.01.2025
- Oxunma sayı: 711
Açar sözlər:
Paylaş:
Hər kitab bir dünyadır
10:27 23.01.2025Mədəniyyət
“Naxçıvan Maarifi” sənədli- bədii filminin təqdimatı keçirilib
12:26 19.02.2026Kitabxanadan Xalq şairi Nəriman Həsənzadənin 95 illiyinə töhfə
12:27 18.02.2026Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb
11:05 18.02.2026“Hər ömrün sonu var...”
03:22 18.02.2026Tanınmış riyaziyyatçı, nüfuzlu pedaqoq
03:20 18.02.2026Əliağa Vahidə həsr olunmuş videoçarx hazırlanıb
18:16 17.02.2026Yurd sevgisinə bələnmiş “Ay Laçın”
11:10 17.02.2026-
- 12:54 19.02.2026
-
- 12:34 19.02.2026
-
- 12:32 19.02.2026
-
- 12:26 19.02.2026
-
- 12:24 19.02.2026
-
- 12:15 19.02.2026
-
- 12:13 19.02.2026
-
- 12:11 19.02.2026
-
- 12:09 19.02.2026
-
- 12:06 19.02.2026
-
- 12:02 19.02.2026
-
- 11:56 19.02.2026
-
- 11:43 19.02.2026
-
- 11:42 19.02.2026
-
- 11:40 19.02.2026
-
- 11:39 19.02.2026
-
- 11:37 19.02.2026
-
- 11:33 19.02.2026
-
- 11:30 19.02.2026
-
- 11:28 19.02.2026
-
- 11:24 19.02.2026
-
- 11:24 19.02.2026
-
- 11:22 19.02.2026
-
- 11:22 19.02.2026
-
- 11:21 19.02.2026
-
- 11:20 19.02.2026
-
- 11:19 19.02.2026
-
- 11:17 19.02.2026
-
- 11:15 19.02.2026
-
- 11:15 19.02.2026
-
- 11:14 19.02.2026
-
- 11:14 19.02.2026
-
- 11:12 19.02.2026
-
- 10:50 19.02.2026
-
- 10:26 19.02.2026
-
- 09:52 19.02.2026
-
- 08:45 19.02.2026
-
- 01:38 19.02.2026
-
- 01:36 19.02.2026
-
- 01:29 19.02.2026

