Bakı Xətai Sənət Mərkəzinin və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə dekabr əın 13-də Nəsib Abidin "Səringül Sadə və onun söz dünyası" və "Əsrimizin şairləri, ədəbi düşüncələr" kitablarının 1- ci və 2-ci cildlərinin təqdimatı keçirildi.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı qonaqları salamladı, Nəsibin Abidin yaradıcılığı və yeni işıq üzü görmüş kitabları haqqında məlumat verdi.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndirildi.
Söz Nəsib Abidə verildi. O, qeyd etdi ki, bu günümüzün işığında yazıb-yaradan şairlər haqqında, eləcə də digər peşə sahibləri - həkim, jurnalist, rəssamlar haqqında yazıları, araşdırmaları dərc olunub. "Səringül Sadə və onun söz dünyası" kitabında xanım şairin yaradıcılığını təhlil edib, onun ömür yolunu işıqlandırmağa çalışıb, müxtəlif səpkidə poeziya nümunələrini incələyib.
Sonra şair Səringül Sadə onun yaradıcılığına dəyər verdiyi üçün müəllifə dərin təşəkkürünü bildirdi.Qeyd etdi ki, müəllif onun poetik dünyasını həssaslıqla incələyib.
Tədbirdə şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, 44 günlük Vətən müharibəsinin qəhrəman oğullarından olan qazi Nadir Həsənli, alim, şair, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Qacar, Ədəbi Tədbirlər Birliyinin qurucusu, "Qafqaz" eksperimental dram teatrının direktoru, Mirvarid Dilbazi Poeziya Məclisi İB gənclər şöbəsinin rəhbəri Polad Ağa İbrahimov, Məclisin idarə heyətinin üzvləri - Səyalı Dadaşova, Qulu Xaləddin oğlu, şairlərdən İldırım Əliş oğlu, İlham Qazaxlı və başqaları öz çıxışlarında müəllifi təbrik etdilər, kitab haqqında fikirlərini bildirdilər.
Sonda Güllü Eldar Tomarlı Bakı Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzova, müavini Nəzakət Əvəzova və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
XQ










