Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovun “Azərbaycanda bərpa olunan enerji müəssisələrinin inkişafının stimullaşdırılması” adlı monoqrafiyası nəşr olunub.
Kitabda Azərbaycanda bərpa olunan enerji müəssisələrinin inkişaf istiqamətləri, bu sahəni dəstəkləyən iqtisadi, institusional və idarəetmə mexanizmləri sistemli şəkildə təhlil edilir. Müəllif bərpa olunan enerji sektorunun milli iqtisadiyyat üçün strateji əhəmiyyətini əsaslandırır, mövcud təşviq alətlərinin səmərəliliyini qiymətləndirir və sahənin davamlı inkişafını təmin edən yeni iqtisadi modellər irəli sürür.
Monoqrafiya enerji siyasəti, iqtisadi inkişaf və ekoloji idarəetmə sahəsində çalışan mütəxəssislər, alimlər, doktorantlar, magistrlər və bu mövzu ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
Nəşrin elmi redaktoru professor Fərhad Rəhmanov, rəyçilər dosent Allahyar Muradov və iqtisadiyyat üzrə fəlsəfə doktoru Sədaqət İbrahimovadır.
Monoqrafiya Elm Nəşriyyatında çap edilib.
XQ

