Milli xalça kolleksiyası Ukraynada

post-img

Ukraynanın Vinnitsa şəhərinin Regional Diyarşünaslıq Muzeyində soydaşımız Seymur Abuşovun şəxsi kolleksiyasında saxlanılan xalçalardan ibarət sərgi açılıb.

“Azərbaycan xalçasının sehrliliyi” adlı ekspozisiyasının açılışında Seymur Abuşov bildirib ki, sərgidə XIX əsrin sonu XX əsrin əvvəllərinə aid 30 antik xalça nümayiş olunur. Bu nümunələr Azərbaycan xalçaçılığının aparıcı məktəblərini təmsil edir. Ukraynada nadirliyi ilə seçilən qədim Azərbaycan xalçaları kolleksiyasında bəzi xalıların 100 ildən çox yaşı var.

Muzeyin direktoru Ruslan Palamarovski qeyd edib ki, bu sərgi sənətsevərlərdə Azərbaycan xalçaçılıq sənəti barədə təəssürat yaradır və böyük maraqla qarşılanır.

Mayın sonuna kimi davam edəcək sərgi Ukraynanın digər şəhərlərində də nümayiş etdiriləcək.

XQ

Mədəniyyət