Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il 275s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planı”na əsasən aşağıda göstərilən ixtisaslar üzrə qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:
2507.01 – “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” – 1 yer (əyani).
2512.01 – “Ümumi və regional geologiya” – 1 yer (əyani).
2515.01 – “Petrologiya, vulkanologiya” – 1 yer (əyani).
2518.01 – “Hidrogeologiya” – 1 yer (əyani)
2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” – 1 yer (əyani)
Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə 2025-ci il mayın 13-dən iyunun 2-dək təlimata uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Əlavə məlumat üçün İnstitutun “Elmi-təşkilati” şöbəsinə müraciət etmək lazımdır.
Telefon -050- 783- 73- 28; (012) 510 -01 -41 (143).