Mən Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını yüksək qiymətləndirirəm. ATƏT bu istiqamətdə tərəflərə daim dəstək olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri ATƏT-in Baş katibi Ferudin Sinirlioğlu aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.
O vurğulayıb ki, davamlı sülhə nail olmaq üçün danışıqlar və dialoq prosesi mütləq şəkildə davam etdirilməlidir.