Birinci rübdə DSMF-nin xərcləri 163 mln. manat artaraq 1 mlrd. 864 mln. manat təşkil edib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar - mart aylarında proqnozla müqayisədə 14 faiz (249 mln. manat) çox olmaqla 2 mlrd. 14 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz (114 mln. manat) artaraq 1 mlrd. 475 mln. manat olub. 

Birinci rübdə DSMF-nin xərcləri isə 1 mlrd. 864 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (163 mln. manat) çoxdur. 

Sosial həyat