Lerikdə hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirilib

post-img

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, tədbirlərlə məişət tullantılarının urnalardan kənar yerlərə atılması, qanunsuz küçə ticarəti, avaralıq və dilənçilik, qadağan edilmiş yerlərdə tütün məmulatlarında istifadə və digər hüquqpozmalarla əlaqədar 86 fakt aşkarlanıb. 

Həmçinin, rayon ərazisində aparılan əməliyyat və profilaktik tədbirlərlə qanunsuz saxlanılan odlu silah-sursatlar polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülüb.

Lerik rayonunda qeyd olunan istiqamətlərdə əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat