Limonun toxumu da özü qədər xeyirlidir

post-img

Limonun özü kimi toxumları da faydalıdır. Onun tərkibindəki güclü antioksidantlar  bədəni xəstə­liklərdən qoruyur.

C vitamini ilə zəngin olan bu kiçik toxumlar immunitet sistemini gücləndirməyə kömək edir. Xüsusilə, qış aylarında qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır.

Bağırsaqlardakı zərərli bakteriyaların təmizlənməsində də təsirlidir, həzmi asanlaşdırır. Limon toxumundan hazırlanan çay həzmi yaxşılaşdırır və şişkinliyi  aradan qaldırır.

Eyni zamanda, limon toxumlarının tərkibindəki təbii komponentlər iltihab əleyhinə təsirlidir, oynaq ağrıları, revmatik xəstəliklər və əzələ ağrılarından əziyyət çəkənlər üçün şəfa mənbəyidir.

Limon toxumundan çay hazırlamaq üçün 5–6 limon toxumunu yüngülcə əzmək, sonra 1 stəkan suya əlavə edib qaynatmaq, 10 dəqiqədən sonra süzüb içmək lazımdır.

Acılığı aradan qaldırmaq üçün dəmləməyə 1 çay qaşığı bal və ya bir neçə damcı limon suyu əlavə etmək olar.

Z.HÜSEYNLİ
XQ

 

Sosial həyat