Göygöl yolu təzələnir

post-img

Göygöl rayonunda Göygöl–Topalhəsənli–Şəhriyar avtomobil yolunun 8-ci kilometrindən ayrılan Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolu layihəsinin icrasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən mətbuata verilən məlumata görə, 3 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 10,2 kilometr olan Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolu layihəsi üzrə ilkin olaraq uzunluğu 5,2 kilometr olan Zurnabad–Gəncə qəsəbəsi hissəsində yenidənqurma işlərinə start verilib.

Layihə üzrə yolların eni 9-10 metrə qədər genişləndirilir. Aparılan işlər çərçivəsində hazırda layihənin Zurnabad–Gəncə qəsəbəsi hissəsində torpaq işləri, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası aparılır. Bununla yanaşı, layihənin sözügedən hissəsinin 1-ci kilometrində bir aşırımlı olmaqla yeni körpünün tikintisinin də icrası nəzərdə tutulur.

Layihənin 5 kilometr uzunluğa malik Mollacəlilli hissəsi üzrə sözügedən işlərlə yanaşı, səkilərin tikintisi və bərpası, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də nəzərdə tutulur.

XQ 

 

Sosial həyat