Regionlarda valideyn səriştəliliyinin artırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy və Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 19-23 may 2025-ci il tarixlərində kənd və qəsəbələrdə mərkəzlərin ekspert qruplarının üzvləri, icra nümayəndələri, psixoloqlar, müəllimlər və valideynlərin iştirakı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində valideyn səriştəliliyinin artırılması məqsədilə maarifləndirici seminarlar keçirilib.

Tədbirlərdə çıxış edənlər valideyn bacarıqlarının inkişafının uşaqların sağlam, təhlükəsiz və ailə mühitində böyüməsi, onların sosial və emosional inkişafı üçün vacib olduğunu qeyd ediblər. İştirakçılara uşaqlarla düzgün münasibətin qurulması üçün valideynlik səriştəliliyini artırmaq, uşaqların yaş və inkişaf mərhələlərini öyrənmək, uşaq psixologiyası haqqında mütaliə etmək, mütəxəssislər və təcrübəli valideynlərlə məsləhətləşmək tövsiyə edilib.

Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirmə materialı paylanılıb, video material nümayiş etdirilib. 









Sosial həyat