Qəbələdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

post-img

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Qəbələ Elektrik Şəbəkəsində (EŞ) 110/35/10 kV-luq "Hacıalılı" yarımstansiyasından çıxan bir sıra 10 kV-luq hava xətlərində 9 sentyabr tarixində təmir işləri aparılacaq.

Aldığımız məlumata görə, bununla əlaqədar olaraq saat 12.00-dan 18.00-dək rayonun Bayramkoxalı, Böyük Əmili, Böyük Pirəli, Əmirvan, Hacıalılı, Kiçik Əmili, Kiçik Pirəli, Mamaylı, Məlikli, Ovcullu, Rusbılıq, Soltannuxa, Topbağ, Yenikənd, Zalam kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sosial həyat