Zəfər bayramı- bütövlüyümüzün təntənəsi

post-img

8 Noyabr 2025-ci ildə Bakı şəhəri Xətai Sənət Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Kəlağayı Günləri - 2025" layihəsi  çərçivəsində  "Xarıbülbüllü kəlağayım" adlı tədbir keçirildi. Tədbir  zəfərimizin 5 illiyinə və Zəfər gününə həsr olunub. Tədbirdə "Kəlağayı Ev Muzeyi"nin eksponatlarına baxış keçirildi.

Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi anıldı.

Tədbirdə Xətai Rayon Ağsaqqallar Şurasının sədri , şəhid atası Mürvət Əsgərov, şəhid bacısı Aybəniz Camalova,  Xətai Rayon Ağsaqqallar Şurasının müavini Nizami Gülzalı oğlu,, QHT rəhbəri Mehriban Abdullayeva,  KİV  nümayəndələri, qazilər çıxış etdilər.  Vətənpərvərvərlik mövzusunda mahnılar oxundu, şeirlər səsləndi.

Polad Ağanın təqdimatında "Rüfət Əsgərovların cənnətdə görüşü" tamaşası təqdim olundu. "Kəlağayı Ev Muzeyi"ndən başlanan layihənin  davamı bu gün də Bakı Xətai Sənət Mərkəzində keçirildi. Davamı Gəncə, Qazax, Tovuz, Biləsuvar, Şəki, Astara, Sumqayıt və digər bölgələrimizdə keçiriləcək.

Sonda Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, layihə rəhbəri  Güllü Eldar Tomarlı Bakı Xətai Sənət Mərkəzinin rəhbərliyinə və  tədbir iştirakçılarına təşəkkürünü bildirdi.









Sosial həyat