Naxçıvan şəhid ailələri “Badamlı” və “Sirab” zavodlarını ziyarət edib

post-img

Noyabrın 27-də Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşəbbüsü ilə Naxçıvan şəhidlərinin valideynləri “Badamlı” və “Sirab” mineral su zavodlarını ziyarət ediblər. Ziyarət zamanı iştirakçılar zavodların istehsal prosesi ilə tanış olub, təbii mineral suyun çıxarıldığı bulaq ərazisinə baxış keçirib və xatirə şəkilləri çəkdiriblər.

Zavodların kollektivi şəhid ailələrinə göstərdikləri səfərə görə minnətdarlığını bildirib, qəhrəman şəhidlərin xatirəsini ehtiramla yad edib. İctimai Birliyə müəssisə adından minnətdarlıq plaketləri təqdim olunub.

Sonda müəssisə tərəfindən şəhid ailələri üçün çay süfrəsi təşkil edilib.

XQ







Sosial həyat