“Məişət zorakılığı, erkən nikah, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda maarifləndirici tədbir

post-img

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətində “Məişət zorakılığı, erkən nikah, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda  maarifləndirici təədbir keçirilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülxanım Orucova, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı, baş ədliyyə müşaviri Faiq Səfərov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva, Səhiyyə Nazirliyinin əməkdaşı Nigar Səfərova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov çıxış ediblər. 

Çıxışlar zamanı iştirakçılar mövzu ilə bağlı məlumatlandırılıb, hüquqpozmaların qarşısının alınması və profilaktik tədbirlərin təşkili məsələləri müzakirə olunub. Eyni zamanda, müxtəlif qurumların əməkdaşlığı və qarşılıqlı məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə Naxçıvan şəhər inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, Polis idarəsinin, Qeydiyyat qurumunun, Təhsil şöbəsinin müvafiq əməkdaşları, yerli dini icma rəhbəri və ictimai iaşə obyektlərinin (Şadlıq evlərinin) inzibatçıları iştirak ediblər.

Səbuhi HƏSƏNOV
XQ

Sosial həyat