Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən 2026-cı il Gənclər üçün Prezident mükafatı ilə təltif olunan gənclərimizin sırasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcə gözdən əlilliyi olan ifaçımız Səməd Novruzov da var.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan Səməd Novruzov ötən il avqustun sonundan noyabrın əvvəlinədək Heydər Əliyev Fondunun layihəsi çərçivəsində İtaliyanın Florensiya şəhərindəki Avropa Akademiyasında vokal bacarıqlarını təkmilləşdirib.
Respublika və beynəlxalq müsabiqələr laureatı olan istedadlı gənc ifaçımız 2024-cü ildən Mərkəzin Kollektiv yaradıcılıq şöbəsində təlimçi vəzifəsində çalışır. O, Mərkəzin konsert proqramlarında, müxtəlif tədbir və layihələrində fəal iştirak edir.
Səməd Novruzovu və onun timsalında Gənclər üçün Prezident mükafatı ilə təltif olunan bütün gənclərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!
XQ




