Türk ordusu 57 terrorçunu zərərsizləşdirib

post-img

İraqın şimalında və Suriyada son 24 saatda keçirilən əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib.

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Şəhidlərimizin qanı yerdə qalma­yacaq. Ən çətin şəraitdə xain hücumun əvəzini PKK terrorçularına ödəməyə davam edirik. Əməliyyatlarımız qətiy­yətlə davam edir", – açıqlamada deyilir.

Xatırladaq ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı böl­gəsində Türkiyə ordusunun mövqelə­rinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.

XQ

Dünya