Rusiya prezidenti Vladimir Putin Ukraynada 2022-ci ildə başlayan xüsusi əməliyyatı “məntiqi sonluğa” çatdırmaq üçün ölkənin lazımi qüvvə və resurslara malik olduğunu bildirib. O, bunun “Rusiyanın ehtiyac duyduğu nəticə” ilə edilə biləcəyini açıqlayıb.
“Bu, bu böhranı yaradan səbəblərin aradan qaldırılması, uzunmüddətli, davamlı sülh üçün şəraitin yaradılması və Rusiya dövlətinin təhlükəsizliyinin təmin edilməsi, həmişə haqqında danışdığımız ərazilərdə xalqımızın mənafelərinin təmin edilməsidir",- dövlət başçısı jurnalist Pavel Zarubinə müsahibəsində deyib. Söhbətin bir hissəsi Pavel Zarubinin Telegram kanalında yayımlanıb.
Mayın 16-da İstanbulda Moskva və Kiyev nümayəndə heyətlərinin son üç ildə ilk ikitərəfli görüşü baş tutub. Danışıqlardan sonra tərəflər “1000-ə 1000” formuluna əsasən məhbusların dəyişdirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, Rusiya və Ukrayna atəşkəslə bağlı fikirlərini ətraflı təqdim edəcəklərini və danışıqlar prosesini davam etdirəcəklərini vəd ediblər.
Ertəsi gün Rusiya liderinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib ki, Moskva və Kiyev münaqişəyə son qoymaq üçün şərt mübadiləsi aparacaqlar. Kreml nümayəndəsi onların məzmununu açıqlamayıb.
S.ELAY
XQ