Peskov: Putin və Tramp saat 17-də telefonla danışacaqlar

post-img

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı bu gün, Moskva vaxtı ilə saat 17:00-da baş tutacaq. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Məlumatı “İnterfaks.ru” yayıb. 

Peskov açıqlamasında “Saat beşdə Trampla telefon danışığı olacaq” deyib.

“İstanbulda aparılan danışıqları nəzərə alaraq, söhbət vacibdir”, - deyə Kreml nümayəndəsi əlavə edib.

P.ƏMİRCANOV
XQ

Dünya