Ermənistan və Azərbaycan sülh sazişinin imzalanma vaxtının və yerinin müəyyənləşdirilməsi məsələsi üzrə danışıqlar aparırlar. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib. Məlumatı “İnterfaks.ru” verib.
“Hazırda biz sülh müqaviləsinin imzalanması üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq. Sülh müqaviləsinin mətni, nəhayət, razılaşdırılıb, onun imzalanması qalıb”, - o qeyd edib.
Qriqoryan onu da xatırladıb ki, Ermənistan tərəfi Azərbaycanla sülh sazişinin imzalandığı gün ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı bəyanat imzalamağa hazır olduğunu bildirib.
P.ƏMİRCANOV
XQ