Türkiyə Nazirlər Kabinetinin iclası keçirilib. Görüş saat yarım davam edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasdan sonra açıqlama verərək bildirib ki, İstanbulu dünyanın mərkəzi etmək istəyir.
Məlumatı “Anadolu” verib.
Türkiyə dövlətinin başçısı Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqların vacibliyini qeyd edib.
Türkiyə, ABŞ, Səudiyyə Ərəbistanı və Suriya arasında onlayn görüşün qonşu Suriyaya qarşı sanksiyaların aradan qaldırılması baxımından yeni bir dövrə başladığını vurğulayan Ərdoğan qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin ədalətli sülh yolu ilə başa çatdırılmasına yönəlmiş prinsipial siyasət də öz təsdiqini tapıb.
Rusiya-Ukrayna nümayəndə heyətlərinin bu gün İstanbulda xarici işlər naziri Hakan Fidanın himayəsi ilə toplaşdığını xatırladan Ərdoğan deyib: “Bu, həqiqətən də, gözəl görüşdür. Bu görüş nəticəsində min nəfər məhbusun dəyişdirilməsi ilə bağlı razılıq əldə olunsa da, bu dəfə məhbusların mübadiləsi min nəfəri keçib. Mindən çox məhbusun dəyişdirilməsi ilə yanaşı, həm Rusiya, həm də Ukrayna tərəfdən bir neçə meyit də qaytarılıb. Bu rəqəmlər həqiqətən çox önəmlidir. İstanbulda verilən bəyanat, əlbəttə ki, İstanbulda keçirilən bu görüşlərin böyük əhəmiyyətini nümayiş etdirmək baxımından çox əhəmiyyətlidir”.
Prezidentin sözlərinə görə, Türkiyə bu məsələdə mühüm rol oynayır. Hər iki tərəf üçün ən böyük arzum həm Vladimir Putin, həm də Zelenskinin İstanbulda və ya Ankarada görüşməsi və cənab Trampı buraya dəvət etməkdir. Razı olsalar, onlarla görüşmək və bununla da İstanbulu dünyanın mərkəzinə çevirmək istərdim. Bu məqsədə çatmaq üçün addımlar atacağıq”.
P.ƏMİRCANOV
XQ