Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. Xəbəri “Kommersant” yayıb.
“Mən təsdiq edirəm ki, səfər baş tutacaq. Bütün regional məsələlər müzakirə olunacaq, - Alen Simonyan jurnalistlərə bildirib. - Hesab edirəm ki, bu, tarixi səfərdir, çünki Ermənistanın baş naziri ilk dəfə bu səviyyədə səfərə gedir”.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı Nikol Paşinyanın Türkiyəyə gözlənilən səfəri ilə bağlı məlumat yaymışdı.
“24News” portalı yüksək vəzifəli mənbəyə istinadən xəbər verir ki, səfər iyunun 20-də baş tutacaq.
P.ƏMİRCANOV
XQ