Türkiyənin müdafiə naziri İranla sərhədə yollanıb

post-img

Türkiyənin milli müdafiə naziri Yaşar Güler hərbi hissələrə baxış keçirmək üçün İranla həmsərhəd Van vilayətinə gedib.

Türkiyə Milli Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, naziri səfərdə Türkiyə Silahlı Qüvvələri Komandanlığının nümayəndələri müşayiət edirlər.

Bundan əvvəl Türkiyə parlamenti yaydığı bəyanatda Ankaranın İran və İsrail arasında gərginlik fonunda regionda uzunmüddətli nizamlanmanı təmin etmək üçün səylərini davam etdirməyə hazır olduğunu vurğulamışdı.

Sənəd ölkənin ali qanunverici orqanında təmsil olunan bütün partiyalar tərəfindən dəstəklənib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya