Türkiyədə Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi yaradılıb

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə Prezident Administrasiyası yanında Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, müvafiq fərman oktyabrın 16-da “Resmi Gazete”də dərc olunub.

Yeni idarənin əsas vəzifələrinə təbii fəlakətlər və fövqəladə hallar, habelə mülki müdafiə, səfərbərlik və hərbi vəziyyətə hazırlıqla bağlı tədbirlərin idarə olunması və koordinasiya edilməsi daxildir.

Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi Prezident Administrasiyasını, eləcə də təbii fəlakətlər və fövqəladə hallar üzrə idarəetmə mərkəzlərini müvafiq məlumatlarla təmin edəcək, həmçinin nazirlərin tapşırıqlarını yerinə yetirəcək.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya