Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Cümhuriyyəti “tarixinin ən çətin dövrlərindəki məşəqqət və çətinliklərə baxmayaraq, azadlıq və istiqlal uğrunda sarsılmaz əzmlə mübarizə aparan fədakar xalqın son qalasıdır”.
Məlumatı “Anadolu” verib.
Ərdoğan 29 Oktyabr Respublika Günü münasibətilə mesajında Türkiyənin şanlı tarixinin zirvələrindən biri olan bu mühüm gün - Cümhuriyyətin yaranmasının 102-ci ildönümünü münasibətilə ölkəsinin 86 milyon vətəndaşını, Kipr türkünü və xaricdəki soydaşlarını təbrik edib: “Mən də ortaq kökləri, mədəni irsi paylaşdığımız bütün dostlarımıza və bu bayram sevincinə öz adımdan və millətim adından minnətdarlığımı bildirirəm”.
Ərdoğan “müstəqillik və milli suverenlik idealını təcəssüm etdirən” bu əlamətdar günün Türkiyəyə, xalqa və bütün insanlığa xeyir gətirməsini arzulayıb.
O, Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkə, milli azadlıq mübarizəsinə rəhbərlik edən Böyük Millət Məclisinin üzvlərinə, Ahlat və Malazgirtdəki ilk yürüşlərdən Çanaqqala döyüşlərinə, Qurtuluş Savaşı və 15 İyul müqavimətinə qədər bütün qəhrəmanlara “bu torpaqlarımızı, qanımızı vətənimizə qovuşduran”lara minnətdarlığını bildirib.
P.Əmircanov
XQ

