Heqset Ukrayna ilə bağlı görüşə qatılmayacaq

post-img

ABŞ müdafiə naziri Pit Heqsetin təxminən 51 ölkənin daxil olduğu Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun (UDCG) iclasında iştirak etməyəcəyi bildirilir. Bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü “The Hill” qəzetinə danışıb. 

Məlumatı “Anadolu” verib. 

O bildirib ki, Heqset əvvəllər də belə görüşlərdə iştirak etməyib və bu dəfə də iştirak etməyi planlaşdırmır.

Onun sözlərinə görə, Pentaqon rəhbərinin əvəzinə ABŞ müdafiə nazirinin müavini Elbric Kolbinin görüşdə onlayn iştirakı gözlənilir.

Məqalədə qeyd olunur ki, Heqsetin keçmiş ABŞ prezidenti Co Baydenin administrasiyası dövründə yaradılmış UDCG-nin iclaslarında iştirakı əvvəllər də qeyri-müntəzəm olub və bu, müşahidəçilərin diqqətini cəlb edib.

P.ƏMİRCANOV
XQ

Dünya