ABŞ investisiya fondu "Noble Capital RSD" 1916-cı ildən bəri Rusiya İmperiya istiqrazları üzrə 225 milyard dollarlıq öhdəliklərin ödənilməsini tələb edir. İnvestisiya fondu ABŞ məhkəməsində iddia qaldıraraq Rusiya Federasiyasını, Maliyyə Nazirliyini, Mərkəzi Bankı və Milli Rifah Fondunu cavabdeh kimi təyin edib.
İddia ABŞ-ın Kolumbiya ərazi məhkəməsində qaldırılıb və RBK-nın diqqətinə çatdırılıb. Sənəddə deyilir: "Rusiya Federasiyası hakimiyyətin varisliyi doktrinasını pozaraq, sələfi Rusiya İmperiyasının dövlət borcları üzrə müəyyən öhdəlikləri yerinə yetirməkdən imtina edib və imtina etməyə davam edir".
"Noble Capital RSD" Nyu-Yorkun Milli Şəhər Bankı vasitəsilə buraxılmış 5,5 faiz kuponlu 25 milyon dollarlıq Rusiya İmperiya istiqrazlarına sahib olduğunu iddia edir. İddiaçının sözlərinə görə, Rusiya SSRİ-nin hüquqi varisi olaraq, faizlər də daxil olmaqla, ən azı 225 milyard dollar dəyərində borcları miras alıb. Fond borcu 2014 və 2022-ci illərdən sonra dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə ödəməyi təklif edir. Rusiya hakimiyyəti hələlik məhkəmə iddiası ilə bağlı şərh verməyib.
Rusiyanın maraqlarını beynəlxalq arbitraj və sərhədyanı məhkəmə prosesləri üzrə ixtisaslaşmış Marks & Sokolov (M&S) hüquq firması təmsil edəcək.
S.ELAY
XQ

