Almaniya XİN Aİ-də islahatlar planı təklif edib

post-img

Almaniya Xarici İşlər Nazirliyi Avropa İttifaqında islahatlar aparmaqla bağlı plan təklif edib. Bu ölkənin xarici işlər naziri birinci növbədə hesab edir ki, Aİ siyasi qərar qəbul etməkdə yekdillik prinsipindən imtina etməlidir. Bu barədə RBK məlumat yayıb. 

Məlumata görə, Avropa İttifaqının xarici siyasət, təhlükəsizlik və genişlənmə sahələrində dəyişiklikləri özündə ehtiva edən islahatlar planını Almaniyanın xarici işlər naziri Yohann Vadeful təqdim edib.

Vadeful bildirib: “Altı çox konkret məqamı vurğulamaq istərdim. Birincisi, biz Brüsseldə “gücləndirilmiş əməkdaşlıq” mexanizmindən daha tez-tez istifadə etmək istəyirik. Bu, o deməkdir ki, 27 üzv dövlətin hamısının birgə irəliləməsinin yaxın gələcəkdə mümkün olmadığı siyasi sahələrdə biz kiçik bir qrup ölkələr kimi irəliləyəcəyik”.

Onu sözlərinə görə, Əsas təşəbbüslərdən biri “gücləndirilmiş əməkdaşlıq” mexanizmindən daha fəal istifadə olunmalıdır. Onun fikrincə, Avropa İttifaqının bütün 27 ölkəsi arasında konsensusa nail olmağın mümkünsüz olduğu hallarda ayrı-ayrı dövlətlər məhdud bir qrup daxilində irəliləyə bilməlidir.

Bundan əlavə, Vadeful yeni dövlətlərin tədricən qoşulması mexanizmi vasitəsilə AB-nin genişlənməsini sürətləndirməyin tərəfdarı olduğunu nildirib. 

P.ƏMİRCANOV
XQ

Dünya