Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 8-11°, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75 , gündüz 40-50 faiz olacaq. Azərbaycanın rayonlarında, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 8-13° isti olacaq.
Q. QASIMOV
XQ

