Türkiyənin məşhur “Yargı” (“Hökm”) adlı serialı Beynəlxalq “Emmi” Mükafatına layiq görülüb. Nyu-Yorkun “Hilton Midtown” hotelində təşkil olunan müsabiqədə 20 ölkədən 14 kateqoriya üzrə 56 layihə təmsil olunub. “Yargı” “Ən yaxşı telenovella” nominasiyasında qalib elan edilib.
Qaliblərin mükafatlandırma mərasimində serialın prodüseri Kerem Çatay, rejissoru Ali Bilgin, ssenari müəllifi Sema Ergenekon, baş rolların ifaçıları Pınar Deniz və Kaan Urgancıoğlu iştirak ediblər.
FİDAN
XQ

