Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında 18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Latviyada keçirilən yarışda Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya ilə qarşılaşıb. Komandamız rəqibə 0:3 hesabı ilə yenilib.Bundan əvvəl də yığmamız Latviya və Ukraynaya eyni hesabla məğlub olub.
Noyabrın 26-dək davam edəcək və AVRO-2024-ə seçmə xarakter daşıyan EEVZA çempionatının qalibi qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Leyla SABİRQIZI
XQ

