Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

post-img

Bu gün  ədəbiyyatımızın görkəmli nümayəndəsi,  Xalq yazıçı, dramaturq, nasir, tənqidçi və ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor və  ictimai-siyasi xadim Elçin Əfəndiyevin vəfatından 1 həftə ötür.

Azərbaycan Milli Kitabxanasında bununla əlaqədar “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Nekroloq”, “Bu dünyadan Elçin keçdi...”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Elçin haqqında”, “Elçinin “Ədəbi düşüncələr”indən” ,  “Mükafatları”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir. Elektron məlumat bazasında yerləşdirilən materiallar tammətnləri ilə təqdim olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/E.Efendiyev/index.html  linkindən istifadə edə bilərlər.

Görkəmli xalq yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

Elm