“Türkologiya” jurnalının yeni nömrəsi nəşr olunub

post-img

“Türkologiya” beynəlxalq elmi jurnalının 2025-ci il üçün birinci nömrəsi nəşr olunub.

AMEA Nəsimi adına Dilçilik İnstitutundan XQ-yə bildirilib ki, jurnalda Azərbaycan, Özbəkistan, Türkiyə və Qazaxıstan alimlərinin dilçilik, dil əlaqələri, dil tarixi, linqvistik poetika, dialektologiya, folklorla bağlı məqalələri yer alıb. “Birinci Türkoloji Qurultay - 100” (müəlliflər: akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova, dosent Aysel Qəribli), “Milli korpus və leksik infrastruktur: Azərbaycan dilinin söz bazasının yaradılması təcrübəsi” (müəlliflər: professor Nadir Məmmədli, professor Məsud Mahmudov, professor İlham Tahirov) məqalələri, eləcə də “Personalia”, “Resenziya” və “Xronika” rubrikalarına aid yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Jurnalın baş redaktoru Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, məsul katibi dosent Aysel Qəriblidir.

Elm