MEK tərəfindən akademik Muxtar İmanovun biblioqrafik göstəricisi tərtib olunub

post-img

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının tərtibatında tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Muxtar Kazım oğlu İmanovun 70 illiyi münasibətilə alimin həyatı və elmi fəaliyyətini əks etdirən biblioqrafik göstərici çapdan çıxıb.

Akademik Muxtar İmanov ədəbiyyatşünaslıq və folklorşünaslığa aid çoxsaylı dəyərli əsərlərin, 200-dən artıq elmi məqalənin, eləcə də çoxsaylı publisistik yazıların müəllifidir.

Muxtar İmanov elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu, AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.

“Görkəmli Elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Redaktoru Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, tərtibçisi isə Rəna Cavadovadır.

AMEA Rəyasət Heyətinin qərarına əsasən nəşr olunan göstərici görkəmli alimin həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını – kitab, məqalə və məruzələrini, həmçinin alim haqqında yazılmış mənbələri və s. əks etdirir.

Biblioqrafiya folklorşünaslıq və ədəbiyyatşünaslıq sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri,  o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

XQ

Elm