Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 125 (Cild I); 2024, № 8, maddə 937) ilə təsdiq edilmiş “ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”nin 7.1.6-cı yarımbəndinə “nömrəsini” sözündən sonra “, habelə icra sənədləri üzrə ödənilməli olan vəsaitlər, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və müvafiq icra işinin qeydiyyat nömrəsi barədə məlumatları” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2025-ci il

Fərmanlar