Boksçumuzun 2-ci qələbəsi

post-img

İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir. Yarışın beşinci günündə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Zeynəb Rəhimova çıxıb.

54 kq çəkidə mübarizə aparan boksçu 1/16 fi­nal mərhələsi çərçivəsində Aqerie Bayevlə (Efiopi­ya) üz-üzə gəlib. Döyüş Rəhimovanın qələbəsi ilə başa çatıb. O, ilk raundda rəqibini tam üstünlüklə məğlub edib.

Bununla da ardıcıl ikinci qələbəsini qazanan Zeynəb 1/8 finala yüksəlib və Paris Yay Olimpiya Oyunları üçün lisenziyaya bir addım da yaxınlaşıb. Yığma üzvü üçüncü qarşılaşmasına martın 9-da çıxacaq. O, növbəti 2 görüşünü də qalib kimi başa vuracağı halda, Fransa paytaxtına vəsiqə qazana­caq.

Qeyd edək ki, bu gün daha 4 boksçumuz qüv­vəsini sınayacaq. Məhsəti Həmzəyeva-Ağamalıye­va (57 kq) Preedakamon Tintabthhai (Tailand) ilə, Alfonso Dominqes (92 kq) Emmaneul Reyes Pla (İspaniya) ilə, Tayfur Əliyev (63,5 kq) Şion Nişiya­ma (Yaponiya) ilə və Sərxan Əliyev (71 kq) Alek­sandr Trofimçukla (Litva) döyüşəcək.

Leyla SABİRQIZI
XQ

İdman