Hakim soydaşımız qitə çempionatında

post-img

Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində pauerliftinqin WPC/AWPC versiyası üzrə açıq Asiya çempionatı start götürür.

İki gün davam edəcək turnirdə beynəlxalq dərə­cəli hakim Zaur Cəfərov baş hakimlik edəcək. 

Yarışda Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkmənistan, Özbəkistan, Belarus, Monqolustan, Rusiya, Hindistan, Türkiyə və digər ölkələrdən 250-yə yaxın atlet birincilik uğrunda mübarizə aparacaq.

Onu da qeyd edək ki, Zaur Cəfərov Dünya Pau­erliftinq Konqresinin (World Powerlifting Congress) Azərbaycandakı rəsmi nümayəndəsidir.

Leyla SABİRQIZI
XQ

İdman