Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq Kuboku”nda həlledici mərhələsi başlanıb.
Finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kiloqram) də rinqə çıxıb. O, litvalı Simonas Puniskis və italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqiblərini məğlub edib. Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatıb. Beləliklə, Babayev gümüş medala sahib olub.
M.HACIXANLI
XQ