UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” ilə qarşılaşacaq “Qarabağ”ın səfər oyununu izləmək istəyən azarkeşlər üçün ayrılmış bilet sayı bəlli olub.
Belə ki, klubdan mətbuata verilən məlumata görə, avqustun 5-də “National Arena Todor Proeski” stadionunda baş tutacaq qarşılaşma üçün Ağdam klubunun fanatlarına 1000 bilet ayrılıb.
Biletlər dünən yerli vaxtla saat 17:00-dan etibarən satışa çıxarılıb. Bir biletin qiyməti 5 avrodur. Qeyd edək ki, “Şkendiya” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
M.HACIXANLI
XQ