Milli yığmaların təlim-məşq toplanışı

post-img

Azərbaycanın velosiped idmanı üzrə müxtəlif yaş qruplarından ibarət milli komandaları Gədəbəy rayo­nunda təlim-məşq toplanışındadır.

Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayevanın sözlərinə görə, dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə keçirilən təlim-məşq toplanışında 5-i qız olmaqla, 24 idmançı nəzəri-praktik məşqlərdə və tə­limlərdə iştirak edir.

Qeyd olunur ki, Gədəbəyin təbiəti və coğrafi şəraiti ve­losipedçilərin müxtəlif növ marşrutlarda məşq etmələrinə imkan yaradır. Yüksəklikdə yerləşən marşrutlar idmançıla­rın fiziki hazırlığına müsbət təsir göstərəcək ki, bu da okt­yabrda Fransada keçiriləcək Avropa çempionatına hazırlıq üçün əhəmiyyətlidir. Təlim-məşq toplanışı avqustun 30-dək davam edəcək.

M.HACIXANLI
XQ

İdman