Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Elmira Aslanovaya həsr olunmuş “Arzunun ardınca” filminin təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər bildiriblər ki, “Arzunun ardınca” filmi təkcə bir qadın alpinistin uğurunu deyil, həm də Azərbaycan qadınının iradəsini və gücünü bir daha nümayiş etdirir. Filmin gənc nəsli, xüsusən də gənc idmançıları qələbəyə ruhlandırdığı qeyd edilib.
Film maraqla izlənilib və alqışlarla qarşılanıb. Sonda tədbir iştirakçıları uğurlu ekran əsərinə görə filmin rejissoru, ssenari müəllifi Arzu Urşan və qəhrəmanı Elmira Aslanovanı təbrik ediblər.
M.HACIXANLI
XQ