Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Gəncədə keçiriləcək MDB Oyunlarına hazırlığı Çində davam etdirəcək.Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Bakıda ilkin mərhələni başa vuran yığma növbəti təlim-məşq toplanışını Sincan-Uyğur Muxtar Rayonunda keçəcək.
Millimizin üzvləri burada yerli boksçularla hazırlıq keçəcək, yoxlama döyüşlərinə çıxacaq.
Qeyd edək ki, dünən səfərə yollanan komanda sentyabrın 1-də Bakıya qayıdacaq.
Qabil YUSİFOĞLU
XQ