UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçiləri “Sabah” və “Araz-Naxçıvan” mübarizəni dayandırıblar.
Masazırdakı Əlincə stadionunda baş tutan “Sabah” “Levski” (Bolqarıstan) görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqlardan Radoslav Kirilov (40) və Mazier Soula (85) fərqləniblər.
Qeyd edək ki, ilk oyunda Bolqarıstan klubu öz meydançasında 1:0 hesabı ilə qalib gəlmişdi.
“Araz-Naxçıvan” komandası isə Kiprdə “Omoniya” kollektivi ilə üz-üzə gəlib. Qarşılaşmada meydan sahiblərinin böyük hesablı qələbəsi qeydə alınıb–5:0.
Qabil YUSİFOĞLU
XQ