“McLaren” 5 milyard dollar ilə Formula 1-in ən dəyərli komandası olub

post-img

Formula 1-də yüksək nəticələr göstərən “McLaren” komandasının bazar dəyəri 5 milyard dolları keçib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə təmsilçisi bu göstərici ilə Formula 1-in ən dəyərli komandası olub.Komandanın dəyəri səhmlərin satışı əsasında aparılan qiymətləndirmə ilə müəyyənləşdirilib.

Qeyd edək ki, 2022-ci ildə bir investisiya şirkəti “McLaren”in 30 faizini alarkən, komandanın ümumi dəyəri cəmi 740 milyon dollar olub. Beləliklə, şirkət 3 il ərzində təxminən 7 qat qazanc əldə edərək payını satıb.

Xatırladaq ki, “McLaren” ötən mövsüm 1998-ci ildən sonra ilk dəfə komanda şəklində dünya çempionu olub.

İdman