Yeniyetmə şahmatçılarımız Dünya çempionatıda

post-img

Dünən Qazaxıstanın Almatı şəhərində yeniyetmə şahmatçılar arasında Dünya çempionatının açılış mərasimi keçirilib.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, yarışda 83 ölkədən 785 şahmatçı mübarizə aparacaq. 8, 10 və 12 yaş kateqoriyasında oğlan və qızlar arasında təşkil olunan çempionatda ölkəmizi Fatimə Mirzəliyeva, Nurlan Əzizli, Mehriban Əhmədli, Mələk Əsədli, Atilla Orman, Kənan Babasoy və Əsnad Baxşızadə təmsil edəcəklər.

11 turdan ibarət Dünya çempionatına sentyabrın 30-da yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman