“Kəpəz”in ilk qələbəsi

post-img

Dünən futbol üzrə Misli Premyer Liqasında VIII tura start verilib. İlk oyun günündə keçirilən 1-ci qarşılaşmada Şamaxıda eyniadlı komanda “Kəpəz”i qəbul edib. Bu oyuna qədər 9 xalla 7-ci pillədə qərarlaşan “Şamaxı” xalı olmayan Gəncə klubuna məğlub olub–1:4. Görüşün 11-ci dəqiqədə Sezar Enrike meydan sahiblərini irəli çıxarıb–1:0. Bundan sonra “Kəpəz”in heyətində 34 və 39-cu dəqiqələrdə Fərid Nəbiyev, 67 və 85-ci dəqiqələrdə Luis Paçu fərqlənib. “Şamaxı” klubundan Abdullahi Şuaybu 45+1-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

İkinci görüşdə isə “Azərsun Arena”da “Turan Tovuz” “Qarabağ”la qarşılaşıb. Bu oyuna qədər 15 xalla turnir cədvəlinə başçılıq edən Tovuz təmsilçisi ağdamlılara məğlub olub–1:2.

Qeyd edək ki, turun digər oyunları bu gün və sabah keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

İdman