Çempionlar Liqasında V turun yekunu

post-img

UEFA Çempionlar Liqasının əsas mərhələsində V tura yekun vurulub. İkinci oyun günündə keçirilən 9 görüşdən 5-də ev sahibləri, 3-də qonaqlar qalib gəlib, birində isə heç-heçə qeydə alınıb.

“Pafos” (Kipr) –“Monako” (Fransa)– 2:2, “Kopenhagen” (Danimarka) –“Kayrat” (Qazaxıstan) –3:2, “Liverpul” (İngiltərə) – PSV (Niderland)–1:4,  PSJ (Fransa) – “Tottenhem” (İngiltərə)–5:3, “Olimpiakos” (Yunanıstan) –“Real Madrid” (İspaniya) –3:4, “Ayntraxt” (Almaniya) – “Atalanta” (İtaliya)–0:3, “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) 3:1, “Atletiko” (İspaniya) – “İnter” (İtaliya)–2:1, “Sportinq” (Portuqaliya) – “Brügge” (Belçika)–3:0.

5 turdan sonra turnir cədvəlinə İngiltərənin “Arsenal” klubu başçılıq edir. Fransanın PSJ, Almaniyanın “Bayer” (Münhen), İtaliyanın “İnter” və İspaniyanın “Real” komandaları 12 xalla müvafiq olaraq 2-ci -5-ci yerləri bölüşürlər. Azərbaycan təmsilçisi Ağdamın “Qarabağ” futbolçuları 7 xalla 19-cu pillədə qərarlaşıblar. Sonuncu –35 və 36-cı yerləri isə Qazaxıstanın “Kayrat” və Niderlandın “Ayaks” komandaları tutur.

Qabil YUSİFOĞLU
XQ

 





İdman