Şahmat çempionatına start!

post-img

Bu gün şahmat üzrə Azərbaycan I Dəstəsinə start veriləcək. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, artıq çempionatda iştirak edəcək şahmatçıların sayı və yarışların ümumi mükafat fondu da təsdiqlənib.

Kişilərin yarışında mükafat fondu 7000 manat, qadınlarda isə 3000 manat müəyyən edilib. Kişilərdə 40, qadınların mübarizəsində isə 20 nəfər iştirak edəcək. Kişilər arasında ilk 9 pilləni tutanlar yüksək liqada iştirak etmək hüququ qazanacaqlar. Federasiyadan bildirilib ki, bu addım daha böyük rəqabət yaratmaq məqsədilə atılıb. Çünki kişilərdə rəqabət güclüdür. Qadınların mübarizəsində isə ilk 2 yerin sahibi Azərbaycan çempionatına yüksələcək.

Qeyd edək ki, Azərbaycan I Dəstəsi yanvarın 6-14-ü aralığında keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

İdman