Cari ildə ölkəmizdə üç beynəlxalq boks turniri keçiriləcək. Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bakı Boks Mərkəzində təşkil olunacaq yarışlara ilk olaraq aprelin 2-dən 8-dək “Böyük İpək Yolu” turniri (böyüklər) ilə start veriləcək.
Mayın 2-dən 8-dək 17 yaşadək boksçular arasında Heydər Əliyev Kuboku, dekabrın 4-dən 10-dək isə Abbas Ağalarovun xatirəsinə həsr olunan turnir keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ

