Güləş üzrə Azərbaycan çempionatı başlayır

post-img

Yanvarın 7-dən 11-dək Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı baş tutacaq. İlk olaraq yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar. Güləş üzrə Azərbaycan çempionatının görüşlərini yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş altı referi də idarə edəcək.

Bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinin rəhbəri Sərxan Musalı məlumat verib.

O, Ukrayna, Qazaxıstan, Belarus və Rumıniyadan olan ədalət təmsilçilərinin turnirdə iştirak edəcəyini söyləyib.

AGF rəsmisi Bakı İdman Sarayında baş tutacaq yarışın açılış mərasiminin yanvarın 8-də keçiriləcəyini diqqətə çatdırıb. S.Musalı Azərbaycan millisinin üzvlərinin əksəriyyətinin turnirə qatılacağını vurğulayıb.

Qabil YUSİFOĞLU
XQ

İdman